Nazirlər Kabineti qərar verdi, müddət uzadıldı

Nazirlər Kabineti qərar verdi, müddət uzadıldı Sosial

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

News24.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 yanvar 2026-ci ilədək müddəti əhatə edirdi.