“Neftçi” yeni qapıçı transfer etdi

“Neftçi” yeni qapıçı transfer etdi İdman


“Neftçi” qapıçı transferini rəsmiləşdirib.

Teleqraf xəbər verir ki, Bosniya və Herseqovina millisinin qolkiperi Kenan Piriç artıq “Neftçi” ailəsinin üzvüdür.

31 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan Piriç 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub.

O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib. Milli komandanın heyətində 8 oyun keçirib.