Riskli elektrik yuvalarının satışı ilə bağlı - QƏRAR

Riskli elektrik yuvalarının satışı ilə bağlı - QƏRAR Dünya

Almaniyanın Busch‑Jaeger şirkəti 1 noyabr 2024 – 26 iyun 2025 tarixləri arasında istehsal etdiyi Safety+ xüsusiyyətli prizləri geri çağırıb. Səbəb – elektrik çarpması riski yaradan texniki qüsurdur.

News24.az xəbər verir ki, bu prizlərin təhlükəsizlik qapağı düzgün işləmədiyi üçün, xüsusilə uşaqlar üçün həyati təhlükə yarada bilər.

Əgər priz artıq quraşdırılıbsa, istifadə etməyin, dərhal bir elektrik ustasına müraciət edin.

Əgər hələ quraşdırılmayıbsa, istifadə etməyin və geri qaytarın.

Şirkət məhsulu geri götürərək dəyişdirmə, təmir və ya pulun geri qaytarılması imkanları təqdim edir.

Xeyrənsə Piriyeva