Samuxda 56 yaşlı kişini ilan sancdı

Samuxda 56 yaşlı kişini ilan sancdı Hadisə

Samuxda kişini ilan sancıb.

News24.az xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1969-cu il təvəllüdlü F.Qasımov əkin sahəsində işləyərkən ilan sancıb. Xəstə dərhal xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.

Vəziyyətinin orta ağır olduğu bildirilir.