Sosial şəbəkədə silahlı fotolarını yayan şəxs həbs edildi

Sosial şəbəkədə silahlı fotolarını yayan şəxs həbs edildi Hadisə

Sosial şəbəkədə silahlı fotolarını paylaşan Sabirabad rayonunun Həşimxanlı kənd sakini saxlanılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 1995-ci il təvəllüdlü A. Sağıyev barəsində inzibati protokol tərtib edilib.

Müəyyən olunub ki, həmin şəxs silahla şəkillər çəkdirərək sosial şəbəkədə paylaşıb.

Saxlanılan şəxs Sabirabad Rayon Məhkəməsinin qərarı ilə 4 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.

Yaşar Araz