Tramp-dan Putinə sərt mesaj: - "Rusiyanın etdiyi iyrəncdir"
Dünya
ABŞ Prezidenti Donald Tramp, Rusiya-Ukrayna müharibəsinin davam etməsindən təəssüfləndiyini bildirərək, “Rusiyanın etdiyi şey iyrəncdir” deyə bəyan edib.
News24.az xəbər verir ki, Ağ Evdə keçirilən imza mərasimində danışan Tramp, savaşın məsuliyyətini Biden-ə yükləyib və “Bu, mənim deyil, onun savaşıdır. Amma mən seçilsəm, dayandırmağa çalışacağam” sözlərini işlədib.
O, ABŞ-ın müharibəyə qarışmamalı olduğunu vurğulayıb və Putinə etdiyi çağırışların nəticəsiz qalmasından narazılığını ifadə edib.
Tramp, yaxın zamanda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyini, amma bu sanksiyaların Putini nə dərəcədə narahat edəcəyindən əmin olmadığını da əlavə edib.
Xeyrənsə Piriyeva