-
- 3-09-2019, 13:07
- 917
“Mirzə Cəlilin Azərbaycanı”adlı film çəkilişinə başlandı
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında “Mirzə Cəlilin Azərbaycanı” adlı filmin çəkilişlərinə start verilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqından News24.az-a verilən məlumata görə, filmin rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Tair Əliyev “Azərbaycanfilm” kinostudiyasında, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində, AzTV-nin “Xüsusi layihələr” departamentində, “Salnamə” kinostudiyasında rejissor kimi fəaliyyət göstərib. Rejissor onlarla filmlərin (“Yaz havası” (1998), “Özgələr arasında doğma(2004), “Nəimi” (2005), “Səhra gülü” (2007), “Təxəllüsü “Mixaylo” (2008), “Xəzərdən Dunyaya” (2010) və s.) çəkilişində rejissor, ssenarist, bədiii rəhbər kimi çalışıb.
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş film, rejissorun sənət taleyində fərqli rol oynayacaq. Rejissor bildirir ki, Mirzə Cəliin personajlarını cəmiyyətimizdə tapıb filmə çəkmək fikrindədir: “Düşünürəm ki, Mirzə Cəlil bu günkü Azərbaycanı görərək yazıb”.
Filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvan şəhəri, Nehrəm kəndi də daxil olmaqla, Ağcabədi rayonunda, Gürcüstanın Tbilisi və Qori şəhərlərində lentə alınacaq. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulacaq.
Qeyd edək ki, filmin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Tair Əliyev, operatoru Elxan Rüstəmov, bəstəkarı Azər Hacıəsgərli, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.