Paytaxtda yanğın - Xəsarət alan var

Paytaxtda yanğın - Xəsarət alan var Hadisə

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 kvadratmetr (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli dördotaqlı evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.