-
- 3-09-2019, 16:08
- 928
“Nəqliyyat Agentləri” proqramının iştirakçıları üçün TƏLİM KEÇİRİLDİ
Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları tərəfindən paytaxtda ictimai nəqliyyatın inkişafı, yol hərəkətinin təhlükəsizliyi, nəqliyyyat infrastrukturunun inkişafına dair hazırlanan müxtəlif məzmunlu layihələrin təqdimatı keçirilib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iki gün müddətində davam edən tədbirdə könüllülər Bakı şəhərində BRT (Bus Rapid Transit) – Sürətli avtobus nəqliyyatının təqtbiqi, “İctimai Nəqliyyatda vaxt limiti”, “Təhlükəsiz yol”, “Baku Taxı Service”, “Water Taxi”, “Tranzit yol şəbəkəsi”, “Nəqliyyat vasitələri üçün nizamlanan parklanma yerlərinin yaradılması və yeni nəsil avtomatlaşdırılmış dayanacaq sistemi”, “Bakıda Velosiped Nəqliyyatı”, “Dayanacaq Pavilyonları ilə bağlı layihə və Smart Parkinq” və “Bakı Səyahət Kartı” mövzularında maraqlı təkliflər ediblər.
Paytaxtda həyata keçirilməsi daha real və məqsədəuyğun hesab edilən təkliflər yüksək qiymətləndirilib.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin könüllülərin dövlət təşkilatlarına cəlb olunması haqqında tövsiyəsinə əsaslanaraq, ASAN modeli təcrübəsinə uyğun könüllülük proqramı həyata keçirir.
Könüllülük proqramın məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin təmin edilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır.
Agentlik tərəfindən hazırlanan maraqlı proqram çərçivəsində könüllülər müxtəlif təlimlər vasitəsilə bilik və bacarıqlarını artırır, təcrübə səfərlərində iştirak edir və müxtəlif sosial aksiyalara cəlb olunurlar. Qeyd edək ki, 2 aylıq proqramı müvəffəqiyyətlə başa vuran könüllülər praktiki biliklərə yiyələnərək sonda sertifikatla təltif olunacaqlar.