BNA: Bu il 371 yeni AVTOBUS ALINIB
    • 18-12-2019, 12:07
    • 754

BNA: Bu il 371 yeni AVTOBUS ALINIB

Bakı Nəqliyyat Agentliyi (BNA) cari il ərzində ictimai nəqliyyat sahəsində gördüyü işlərlə bağlı hesabat yayıb.

BNA-dan News24.az-a verilən məlumata görə, il ərzində şəhərdaxili nəqliyyat parkının yenilənməsi məqsədilə 371 yeni avtobus alınıb.

Qeyd olunub ki, şəhərdaxili marşrutlarda fəaliyyət göstərən 500 avtobus nağdsız ödəniş sisteminə keçib, 200 avtobus əsaslı təmir olunub, 8 yeni avtobus parkı (qaraj) istifadəyə verilib. Görülən işlər nəticəsində 10 marşrut xətti optimallaşdırılıb, paytaxtda 124 yeni dayanacaq pavilyonu quraşdırılıb.