"McDonalds"ın kartof börəyi sosial mediada trend oldu

"McDonalds"ın kartof börəyi sosial mediada trend oldu Dünya

“Threads”  platformunda McDonald's-ın səhər yeməyi üçün verdiyi kartof börəyi (hash brown) bir anda müzakirə mövzusuna çevrilib.

News24.az xəbər verir ki, ilk növbədə Avstraliyada 4,35 AUD (təxminən 4,80 AZN) qiymətinə satıldığına dair paylaşım qiymət artımı müzakirələrini alovlandırıb. İstifadəçilər bununla bağlı həm zarafatlar, həm də qiymətinin bahalığı haqda şikayətlər paylaşıb.

Mütəxəssislərə görə, insanlar fast food-u ucuz seçim kimi görsə də, son illərdəki qiymət artımı narazılığı artırıb. McDonald's isə endirimli menyularla müştəriləri cəlb etməyə çalışdığını açıqlayıb.

Xeyrənsə Piriyeva