Polşa Bakı-İrəvan bəyannaməsini alqışladı

Polşa Bakı-İrəvan bəyannaməsini alqışladı Siyasət

Polşa Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan liderləri arasında tarixi bəyannamənin imzalanmasını böyük məmnunluqla qarşılayıb.

News24.az “Report”a istinadən xəbər verir ki, müvafiq məlumat Polşa Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Nazirlik bildirib ki, ABŞ-nin dəstəyi ilə əldə edilən razılaşma regionda suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sabitliyin təmin edilməsinə və davamlı sülhün bərqərar olmasına yol açır.