Qubada əkin sahəsini yandıran şəxs məsuliyyətə cəlb olundu
Hadisə
Polis əməkdaşları Quba rayonunda biçilmiş taxıl sahəsini yandıran şəxsi saxlayıb.
News24.az Report-a istinadən xəbər verir ki, araşdırmalarla qanunsuz əməli rayon sakini Elvin Məmmədovun törətdiyi məlum olub.
Saxlanılan şəxs məsuliyyətə cəlb olunub.