Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandı

Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandı Hadisə

Noyabrın 28-də gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən obyektərin birində U.Əhmədov şəxsi münasibətlər zəminində T.Məmmədova kəsici alətlə xəsarət yetirib.

Bu barədə News24.az-a DİN-dən məlumat verilib.

Bu zaman mübahisənin qarşısını almaq istəyən zərərçəkənin atası F.Məmmədov da xəsarət alıb.

Polis tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən U.Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.