Türkiyədə Güclü YANĞIN - Sakinlər təxliyə olundu

Türkiyədə Güclü YANĞIN - Sakinlər təxliyə olundu Dünya

Türkiyənin Adana vilayətində yaşayış yerlərinə yaxın açıq ərazi yanır.

News24.az  Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Çukurova rayonunda qeydə alınıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Bəzi evlərdəki sakinlər təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi məlum deyil.