Bu ərazilərdə qaz olmayacaq- əhalinin NƏZƏRİNƏ
    • 5-09-2019, 09:35
    • 654

Bu ərazilərdə qaz olmayacaq- əhalinin NƏZƏRİNƏ

Sentyabrın 5-də səhər saat 10.00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq. 

Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə, bundan başqa ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.

Afaq Mirayiq