Tovuzda 50 yaşlı piyadanı avtomobil vuraraq öldürdü

Tovuzda 50 yaşlı piyadanı avtomobil vuraraq öldürdü Hadisə

Tovuzda 50 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.

News24.az "Report"a istinadən xəbər verir ki, Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini, 1975-ci il təvəllüdlü Elbrus Qarayevi avtomobil vurub.

Zərərçəkən xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibb yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.