28 yaşlı oğlanın yardımçı tikilidə meyiti tapıldı

28 yaşlı oğlanın yardımçı tikilidə meyiti tapıldı Hadisə

Gədəbəy rayonunda gənc oğlanın meyiti aşkarlanıb.

News24.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

Məlumata görə, 28 yaşlı kənd sakini Əlişad İbadət oğlu Quluyevin cansız bədəni yaşadığı evin həyətindəki yardımçı tikilidə tapılıb. Gəncin ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Lent.az)