Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var
    • 6-09-2019, 01:30
    • 815

Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var

Bakıda motosikletlə avtomobil toqquşub.

News24.az xəbər verir ki, hadisə A.Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində olub.

Hadisə zamanı motosikletin sürücüsü 1991-ci il təvəllüdlü Quliyev Orxan Nazim oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona bud-baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Məlumata görə, avtomobilin sürücüsü hadisə yerindən qaçıb.