“Neftçi” səfərdə, “Qarabağ” evdə oynayacaq
İdman
Bu gün Azərbaycan Premyer Liqasının II turuna start veriləcək.
News24.az xəbər verir ki, ilk olaraq meydana “İmişli” və “Neftçi” komandaları çıxacaq.
Şamaxı şəhər stadionunda reallaşacaq görüş saat 17:00-da başlayacaq.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək. “Azərsun Arena”da təşkil olunacaq matçın start fiti saat 19:30-da səslənəcək.