Əliyevlə Putin Çində sammitə qatılacaq

Əliyevlə Putin Çində sammitə qatılacaq Gündəm

Azərbaycan və Rusiya Prezidentləri -  İlham Əliyev və Vladimir Putin avqustun 31 - dən sentyabrın 1-dək Çin Xalq Respublikasında (ÇXR) keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəklər.

News24.az xəbər verir ki, Çin sədri Si Cinpin tədbirdə iştirak edəcək dövlətlərin başçıları ilə görüşəcək. 

"Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin iştirak edəcək", deyə çinli diplomat bildirib.

Onlardan əlavə, görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian, eləcə də, Ermənistanla Hindistanın baş nazirləri - Nikol Paşinyan və  Narendra Modi də iştirak edəcəklər.