Məmməd İsmayılsız 7 gün... - FOTO
Gündəm
Bu gün Heydər Məscidində Şair Məmməd İsmayılın yasının 7 mərasimi keçirilib.
News24.az xəbər verir ki, 7 mərasimində şairin ailə üzvləri, doğmaları, şair və yazıçılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti), 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib.