“Qarabağ”ın rəqibləri bu saatda bəlli olacaq

“Qarabağ”ın rəqibləri bu saatda bəlli olacaq İdman

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibləri bu gün məlum olacaq.

News24.az xəbər verir ki, püşkatma mərasimi avqustun 28-də Monakoda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu mərhələdə Ağdam təmsilçisinin 8 rəqibi olacaq. Komanda matçların 4-nü doğma meydanda, 4-nü isə səfərdə oynayacaq.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsində ümumilikdə 36 komanda mübarizə aparacaq.