Biləsuvarda maşın aşdı, azyaşlı yaralandı

Biləsuvarda maşın aşdı, azyaşlı yaralandı Hadisə

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Unikal-a istinadən xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun 118-ci kilometrliyində qeydə alınıb.

"Kia" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Qəza nəticəsində maşında olan azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.