"ABŞ Çini diz çökdürə bilməyəcək" - Lukaşenko

"ABŞ Çini diz çökdürə bilməyəcək" - Lukaşenko Dünya

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-la danışıqlar zamanı Vaşinqton nümayəndələrini Çini diz çökdürə bilməyəcəklərinə inandırıb.

News24.az xəbər verir ki, onun Çin haqqında sözlərini "BelTA" xəbər agentliyi yayıb.

Belarus liderinin sözlərinə görə, Çini diz çökdürmək və ya əymək olmaz. Lukaşenko sözlərinə sübut kimi ABŞ Prezidenti Donald Trampın Pekinə qarşı tarifləri ləğv etmək qərarını göstərib.

"Niyə? Çünki Amerika Birləşmiş Ştatları kimi güclü imperiya Çinsiz edə bilməz", - Belarus Prezidenti Vaşinqtonun qərarını izah edib.