Qobustanda yük maşını minik avtomobili ilə toqquşub
    • 7-09-2019, 00:13
    • 1 265

Qobustanda yük maşını minik avtomobili ilə toqquşub

Qobustan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun "Sahil"qəsəbəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobillə "KamAZ" markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində, "Mercedes" markalı avtomobildə olan qadın sərnişin müxtəlif növ bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.