Ağdamda ağır qəza: - Avtomobil iki hissəyə bölündü
Hadisə
Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az-ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21011” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, “VAZ” markalı avtomobil iki hissəyə bölünüb.
Faktla bağlı araşdırma aparılır.
Zaman