Bank hesablarından pul oğurlayan keçmiş məhkum tutuldu
    • 7-09-2019, 19:23
    • 907

Bank hesablarından pul oğurlayan keçmiş məhkum tutuldu

Bakıda bank hesablarından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən News24.az -a  verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini olan 2 nəfərin bank hesabından pul çıxararaq oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olmuş O.Cəlilov saxlanılıb.