-
- Dünən, 16:55
- 3 812
Kartofu belə saxlayın, cücərməyəcək
Sosial şəbəkələrdə yayımlanan videoda kartofun düzgün saxlanması üçün yaxşı hava axınının olması və rütubətin qarşısını almaq lazım olduğu diqqətə çatdırılıb.
News24.az xəbər verir ki, kartofun rütubətli mühitlərdə islanaraq çürüməyə başladığı bildirilərkən, mütəxəssislər ən yaxşı üsulun kartofu hörmə səbətdə və ya hörmə torbada saxlamaq olduğunu vurğulayıblar.
Eyni zamanda, kartofun qoyulacağı yerin qaranlıq və quru olması, işıqdan və rütubətdən uzaq tutulması bildirilib.
Şotlandiyada kartof yetişdirən bir ailə şirkəti olan “Potato House” kartofun saxlanması haqqında daha ətraflı məlumat verib və onların qaranlıq və yaxşı havalandırılan yerdə saxlanmasını tövsiyə edib. Onlar həmçinin xatırladıblar ki, kartof mütəmadi olaraq yoxlanılmalıdır.
Mütəxəssislər bildiriblər ki, cücərmiş kartof, kartofun toxuması hələ də möhkəm olarsa, yemək üçün təhlükəsizdir, lakin yumşaq və büzüşmüş kartof sağlamlıq üçün təhlükəli ola bilər. Cücərmiş və ya çürük kartofda toksinlər var ki, bu da baş ağrısı və ürəkbulanma kimi sağlamlıq problemlərinə səbəb ola bilər.
Məryəm İlhamqızı