Güclü yağış və sel Goranboyda ciddi fəsadlar törətdi
    • 8-09-2019, 14:57
    • 932

Güclü yağış və sel Goranboyda ciddi fəsadlar törətdi

Gecə saatlarından başlayan güclü yağış Goranboyda ciddi fəsadlar törədib.

News24.az xəbər verirki, rayon ərazisindən axan Gorançayda suyun artması nəticəsində körpünün suyu ötürə bilməməsi ətrafdakı əkin sahələrinə, ticarət obyektlərinə sel sularının dolmasına səbəb olub.

Təbiət hadisəsi nəticəsində rayon ərazisində fermer təsürrüfatı ilə məşğul olan Kəlbəcər sakini İsmət Nəbiyevə məxsus ferma da ciddi zərər görüb. Nəticədə orada olan 25 yeşik arı, ev quşları və 10 tona yaxın arpa lil qatının altında qalıb. Təsərüffat sahibinin mal-qarası yaylaqda olduğundan onlar ziyan görməyib.

Yağışın yaratdığı sel suları rayon ərazisində fəaliyyət göstərən avtomobil təmiri sexinə də ciddi ziyan vurub. Avtomobillərin təmiri üçün istifadə edilən qiymətli apartlar palçıq, lil qatının altında qalaraq yararsız vəziyyətə düşüb.

Təbiət hadisəsi zamanı Bakı-Qazax avtomagistralının Goran qəsəbəsindən keçən hisəsində yerləşən körpünün ətrafına da sel suları dolub. Nəticədə Tərtər, Naftalan, Bərdə və Goranboyun həmin istiqamətdə olan kəndlərinə avtomobillərin gediş-gəlişində çətinlik yaranıb. Bir neçə sürücünün avtomobili sıradan çıxıb.

Küləklə müşahidə olunan yağış nəticəsində Goranboyun bir neçə yaşayış məntəqisinə elektrik enerji verlişində də fasilələr yaranıb. Baş verən təbiət hadisəsi ilə bağlı adiyyatı qurumlara məlumat veriilib.