Azərbaycan boksçusu dünya çempionatında almaniyalı rəqibinə qalib gəldi

Azərbaycan boksçusu dünya çempionatında almaniyalı rəqibinə qalib gəldi İdman

Azərbaycan boksçusu Alfonso Dominqes (90 kq) İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

İdmançı 1/8 finalda Yasse Kisslə (Almaniya) üz-üzə gəlib.

O, rəqibinə heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən Dominqes yekunda 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

O, 1/4 final görüşünə sentyabrın 10-da çıxacaq.

Qeyd edək ki, Azərbaycan millisinin daha 4 boksçusu 1/8 final döyüşünə çıxacaq.