-
- 9-09-2019, 10:41
- 1 069
Fintex startaplar üçün QEYDİYYAT BAŞLADI
"INNOLAND" ilə "Bank Respublika"nın birgə İnkubasiya Proqramına qeydiyyat başladı
News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bank Respublika” ASC Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə olaraq fintex-startaplar üçün “Open Banking Lab” layihəsinə başlayır.
16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər. İlkin seçmə mərhələsini keçən fintex-startaplar İnkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda, fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq “Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan Açıq API interfeysinə çıxış veriləcək.
İnkubasiya proqramına seçim meyarları:
1. Komanda ən azı 2 nəfərdən ibarət olmalıdır.
2. Layihə startap konsepsiyasına uyğun olmalıdır.
3. Komanda üzvlərindən ən azı 1 nəfər inkubasiya proqramında daimi iştirak etməlidir. İnkubasiyada daimi iştirak edəcək komanda üzvü ingilis dilini bilməlidir. Qalan komanda üzvlərinin ingilis dilini bilməsi üstünlük hesab ediləcək.
4. Məhsul müəyyən bazar seqmentinə aid olmalıdır.
5. Hər bir layihənin təqdimatı hazır olmalıdır.
6. İxrac bazarını araşdırmalı və yeni bazarlara daxil olmaq üçün hazırlıqlı olmalıdır.
Qeydiyyat üçün son tarix: 4 oktyabr
Qeydiyyat üçün : https://bit.ly/2k6K3w1