Yasamal Rayon İcra Hakimiyyəti qurbanlıq "dilənir"?- FOTOFAKT
    • 16-08-2018, 12:31
    • 1 853

Yasamal Rayon İcra Hakimiyyəti qurbanlıq "dilənir"?- FOTOFAKT

Yasamal Rayon İcra Hakimiyyəti qurbanlıq ət yığımına başlayıb.

Bu barədə məlumatı və faktı sosial şəbəkələrdə iqtisadiçı-eksert Nazim Bəydəmirli paylaşıb. Onun ictimailəşdirdiyi fotodan məlum olur ki, Yasamal RİH başçısının müavini Xaliq Möhbalıyevin imzası ilə rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərlərinə məktub göndərilir. Həmin məktubda minimum 15 kiloqramlıq bir qurbanlıq heyvanın kəsilərək RİH-ə təhvil verilməsi xahiş olunur. Həmçinin qeyd edilir ki, qurbanlıq ət yardımı rayon üzrə 2 min nəfər əlil, şəhid, tənha və aztəminatlı ailələrə paylanmaq üçün yığılır. Məktubda əlaqələndirici şəxs kimi Çingiz Əliyevin adı və nömrəsi qeyd edilib. Həmin nömrə ilə əlaqə saxlasaq da, Ç.Əliyev olmadığını bildirdi. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AFN