Kişinin "tok" vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır

Kişinin "tok" vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır Hadisə

Abşeron rayonunun Masazır qəsəbəsində şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə News24.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-də Masazır qəsəbəsində fərdi yaşayış evinin həyətində iş görən zaman elektrik cərəyanı vurması nəticəsində 1968-ci il təvəllüdlü Davud Cavadovun vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.