Beyləqan xəstəxanasında yenidoğulmuş körpə öldü

Beyləqan xəstəxanasında yenidoğulmuş körpə öldü Hadisə

Beyləqan rayonunda yenidoğulmuş körpə ölüb.


News24.az əldə etdiyi məlumata görə, hadisə Beyləqan rayon Mərkəzi Xəstəxanasında baş verib. 

Belə ki, sentyabrın 16- sı II Şahsevən kənd sakini 1976-cı il təvəllüdlü Bəxtiyar İbadullayev zəng edərək sentyabrın 14-də rayonun mərkəzi xəstəxanasında  yeni doğulmuş nəvəsinin öldüyünü bildirib.

Hadisə ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılır.


Yaşar Araz