-
- 16-08-2018, 13:20
- 949
Sığınacaq sakini tələbə oldu
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında qalan abituriyent də tələbə adını qazanıb.
Bu barədə sığınacağın rəhbəri Elnurə Zeynalova məlumat verib.
Onun sözlərinə görə, sığınacağın sakini Usova Darida Andreyevna Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub.
O, təsviri incəsənət ixtisası üzrə ödənişli təhsil alacaq:“İndi əsas məsələ təhsil haqqının ödənişini təmin etməkdir. Buna nail olmaq üçün təşkilat Təhsil Nazirliyinə müraciət edəcək. Çünki bu gənc qızımızın təhsil almaq üçün dəstəyə ehtiyacı var”.
Elnurə Zeynalova bildirib ki, 2016-cı ildən sığınacaqda qalan Usova Darida ali məktəbə qəbul imtahanlarına da məhz təşkilatın, eləcə də bu məsələdə quruma kömək edən şəxslərin hesabına hazırlaşıb: “Olduqca əzmli gənc qızdır, gələcək həyatı həm də alacağı təhsildən asılıdır. Ona bu mərhələyə qədər dəstək ola bildiyimizə görə çox sevincliyik. Bundan sonra təhsil haqqı məsələsinin həllinə çalışacağıq.
Bu işdə bizə yardım etmək istəyənlərə müraciətimiz olacaq. Amma ilk növbədə yardım üçün Təhsil Nazirliyinə müraciət edəcəyik. Çünki o, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən təhsil haqqından azad edilə bilər”.