Leyla Əliyeva Bakı sakinlərinin ƏHATƏSiNDƏ - FOTO - VİDEO
    • 10-09-2019, 15:23
    • 1 165

Leyla Əliyeva Bakı sakinlərinin ƏHATƏSiNDƏ - FOTO - VİDEO

"Nargis" Nəşriyyat Evi ətraf mühitin qorunması probleminə həsr edilmiş sərgi təşkil edib. 


News24.az xəbər verir ki, layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalçıların tullantılarından qurulmuş 13 instalyasiya təqdim edir. Sərgi "Nargis" jurnalının "Ekologiya" mövzusuna həsr olunmuş 63-cü sayı ilə eyni vaxta təsadüf edir. Jurnalın üz qabığındakı fotoda – IDEA-nın təsisçisi Leyla Əliyevadır. 


“Nargis” komandası – ətraf mühitə laqeyd olmayan insanlardır. “Nargis” ekoloji brendləri dəstəkləyir, təbii sərvətlərə qənaət edir, eyni zamanda, geniş oxucu kütləsi qazanmış bir nəşr olaraq, hər birimizin Ana-Yer kürəsinin qorunmasını təşviq və təbliğ etməkdə məsuliyyətini hiss edir.

“Make the Earth Smile” adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadır. Layihənin məqsədi – gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır. Sərgidə ətraf mühitə kömək etmək üçün hər birimizə tövsiyə olunan 13 faydalı vərdiş təsvir edilən “Nargis” kitabçaları paylanacaq.


Rəşad Ələkbərov, Orxan Hüseynov, Kənan Əliyev, Sabit Zamanov, Teymur Qəribov, Fərid Rəsulov, Nurəli Şahbazov, Nazim Şükürov öz instalyasiyalarını onlara tərəfdaşlıq edən Aquavita, Ay Qonşu, AzərEnerji, Azersun Holding, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO), Baku Steel Company, Caspian Drilling Company Ltd, Coca-Cola, Dr. Cahid Şahbazov, Gilan Holding, “Nargis” Nəşriyyat Evi və Veysəloğlu Şirkətlər Qrupu ilə birgə yaradıblar. 


Bu, “Nargis” komandasının təşkil etdiyi ilk sərgi deyil: bu ilin aprel ayında İstanbulda, “Nargis” Nəşriyyat Evi, jurnalın mövcud olduğu altı il ərzində çəkdiyi eksklüziv fotoşəkillərdən ibarət sərgi təqdim etmişdi, iyul ayında isə Bakıdakı Müasir İncəsənət Muzeyində Women, Children and Well-Being adlı xeyriyyə sərgisi keçirmiş və foto satışından əldə olunan pulun bir hissəsini "Nargis" xeyriyyə fonduna yönəldib. 


“Make the Earth Smile” sərgisi 9 sentyabrdan – 5 oktyabra qədər açıqdır.