“Nərgiz” fondu Xocalı faciəsinə həsr olunmuş layihə hazırlayıb - VİDEO
    • 26-02-2020, 22:45
    • 1 143

“Nərgiz” fondu Xocalı faciəsinə həsr olunmuş layihə hazırlayıb - VİDEO

"Nargis Fund” Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirmək üçün layihəyə imza atıb.  


News24.az xəbər verir ki, layihə çərçivəsində bəşəriyyətə qarşı yönəlmiş bu faciənin canlı şahidlərindən biri Xocalı sakini Zəminə Nəsibovanın yaşadığı müsibətlər geniş ictimaiyyətə çatdırılıb.


Xocalı soyqırımı zamanı eşitmə qabiliyyətini itirən və illərlə övladlarının səsini eşitməyə möhtac qalan Zəminə xanım və anasının acı xatirələri geniş ictimaiyyətlə paylaşılıb.