Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi Sosial


Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə  DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.