Şamaxıda yanğın törədən şəxs tutuldu

Şamaxıda yanğın törədən şəxs tutuldu Hadisə

Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan News24.az-a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Fuad Səmiyev tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.


Şamaxıda yanğın törədən şəxs tutuldu