Səsi ilə Türkiyəni heyrətləndirən azərbaycanlı çoban tələbə oldu: "Çoxdankı arzum idi" - VİDEO
    • 16-08-2018, 14:31
    • 1 408

Səsi ilə Türkiyəni heyrətləndirən azərbaycanlı çoban tələbə oldu: "Çoxdankı arzum idi" - VİDEO

Bir müddət öncə səsi ilə sosial şəbəkələrdə məşhurlaşan, daha sonra isə "O ses Türkiye" layihəsinə dəvət olunan azərbaycanlı çoban Pərvin Səfərov arzusuna çatıb. 

News24.az xəbər verir ki, P.Səfərov Azərbaycan Milli Konservatoriyasının Milli Vokal fakültəsinə daxil olub. O, hisslərini belə dilə gətirib:

"Çoxdankı arzum idi, amma mənim üçün əl çatmaz və çox uzaq görünürdü. Ötən il paylaşdıgım videodan sonra məşhurlaşdım və Milli Konservatoriyaya dəvət aldım. Təhsil almaq həvəsim yenidən oyandı. Lakin keçən il bu cəhdim baş tutmadı. Lazımı balı toplaya bilmədim və çox məyus oldum.

Bu il isə dostların dəstəyi ilə hazırlıaşdım və yenidən V qrupa sənəd verdim. İmtahanda 59 bal topladım, qabiliyyətdən də qeydiyatdan keçdim.

Çox sag olsunlarki qabiliyyət imtahanındada istedadımı nəzərə alaraq güzəştlər edildi. Qabiliyyətdən yekun olaraq 8 bal aldım və Azərbaycan  Milli konservatoriyasının Milli vokal bölməsinə qəbul oldum.

Xatırladım ki, keçən il Asəf Zeynallı adına Musiqi kollecinə sənəd vermişdim. Əgər alınsaydı kollecdə təhsil alacaqdım. Amma qismət elə gətirdiki mənim üçün daha da yaxşısı oldu. Bu il ali məktəbə qəbul oldum".

Teymur Məmmədov