Nazarbayev Bülbüloğluna məktub göndərdi
    • 10-09-2019, 23:38
    • 982

Nazarbayev Bülbüloğluna məktub göndərdi

Qazaxıstan Respublikasının birinci Prezidenti-Elbası Nursultan Nazarbayev Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğluna məktub ünvanlayıb.

Səfirlikdən News24.az -a bildiriblər ki, Nursultan Nazarbayev Polad Bülbüloğlunun siyasi və yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib.

Məktubda deyilir:

“Sizin yaradıcı əməyinizi, səmərəli ictimai və dövlət fəaliyyətinizi, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə verdiyiniz böyük şəxsi töhfəni yüksək qiymətləndirirəm”.

Qazaxıstanın birinci Prezidenti əmin olduğunu bildirib ki, Azərbaycan səfirinin zəngin həyat və peşə təcrübəsi bundan sonra da iki qardaş xalqın çoxtərəfli əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək.