Qurbanovdan qalibiyyət sonrası mesaj: “Azarkeşlərimiz möhtəşəm idi”
İdman
"Azarkeşlərimizi təbrik edirəm, onlar möhtəşəm idilər və bu qalibiyyətə layiq idilər. Futbolçularımıza da təşəkkür edirəm".
News24.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Danimarkanın "Kopenhagen" komandası üzərində qələbədən sonra açıqlamasında deyib.
O deyib ki, ikinci hissədə bir qədər anlaşılmazlıq olub:
"Rəqib sistemi dəyişdi. Futbolçularımız 15-20 dəqiqə müdafiə olunsa da, sonradan vəziyyət ələ alındı. Bəzi epizodlarda isə dəqiqlik çatmadı. Ümumilikdə isə bu oyunlar belədir, istənilən nəticə ola bilər. Final fitindən sonra bilirsən ki, qalib gəldin. Ümumilikdə isə möhtəşəm idi".
Baş məşqçi qeyd edib ki, qalib gələcəklərini tam gözləməsə də, futbolçularına inanıb:
"Bəzi futbolçuların oyunda öz bacarığını tam göstərə bilməyəcəyindən ehtiyat edirdim. Lakin ilk oyundan turnirə uyğunlaşdılar".
“Qarşıdakı oyunlara daha güclü hazırlaşmalıyıq, çünki bu qələbədən sonra rəqiblərimiz bizə qarşı daha ciddi hazırlanacaqlar,” – Qurbanov əlavə edib.
Nilufər