Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

News24.az xəbər verir ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb. 

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. /Report/

Teglər: Azərbaycan Bakı idman oğurluq Mahir Emreli