60 yaşını qeyd edən Madonnanın etirafları və haqqında bilmədiyiniz - FAKTLAR - FOTOLAR - VİDEO
    • 16-08-2018, 15:53
    • 1 997

60 yaşını qeyd edən Madonnanın etirafları və haqqında bilmədiyiniz - FAKTLAR - FOTOLAR - VİDEO

Dünyaca məşhur müğənni Madonna bu gün 60 yaşını qeyd edir. 

Saysız-hesabsız fanat ordusu olan müğənninin özü ilə bağlı maraqlı etiraflarını təqdim edirik:

1. Ən sevdiyim mahnım "Bitch I’m Madonna", sevmədiyim isə "Material Girl"dır. 


2. Doğulduğum Miçiqan şəhəri üçün heç darıxmıram. 

3. Heç vaxt kürkdən hazırlanmış bikini geyinmərəm.

4. Həyatımın ən xoşbəxt günü iki övladımın dünyaya gəldiyi və iki dəfə ərə getdiyim tarixlərdir. 



5. Bədənimin ən sevimli yeri gözlərim, bəyənmədiyim nahiyə isə rəqqas ayaqlarımdır. Onlar bərbaddır. 

6. Anladım ki, əgər evdə sadəcə 1 vanna otağı varsa, deməli ailə həyatı uzun çəkməyəcək. Çünki tək olduğun zaman hamamdan kimisə qovmağa məcbur deyilsən. 

7. Evlilikdə sevmədiyim şey məni arvad adlandırmalarıdır. 

8. Səhnədə yıxıldığı an həyatımda ən pərt olduğum məqamdır. 

9. Hər səhər gözlərimin üstünə buz qoyuram. Bu mənim gözəllik sirrimdir. 

10. Bağlı və qaranlıq yerdə, həmçinin insanların çox olduğu məkanda qalmağı sevmirəm. 

11. Mayk Cekson haqda yaddaqalan məqam onu mühafizəçisindən ayırmağım olub. Öncə onu sərxoş etdim, daha sonra isə şəxsi avtomobilimə əyləşdirib məcbur etdim ki, gün eynəyini çölə atsın. 

İfaçının özü ilə bağlı etiraflarının ardınca onun haqda bilmədiyiniz bir neçə faktı yayımlayırıq:

1. İfaçı ümumiyyət yemək bişirməyi bacarmır. 

2. Madonna "Ginnesin Rekordlar Kitab"ına ən uğurlu qadın kimi düşüb. Belə ki, 25 illik səhnə fəaliyyətində 64 hitə imza atıb. 

3. Madonna məşhur "Cangüdən" filmində baş rolu oynamalı idi. Lakin rejissor sonradan sözügedən obraz üçün Vitney Hyustonu seçib. 

4. Musiqiyə zərb alətində ifa etməklə başlayıb. 

5. "Like A Prayer" klipində yanan xaçların önündə oynaması qalmaqala səbəb olub. İfaçı Vatikan və şəxsən Roma Papası tərəfindən lənətlənib. 

6. Uşaq vaxtı onu "Kiçik Noni" adlandırırdılar. 

Teymur Məmmədov