9 ayda qidadan zəhərlənənlərin - sayı açıqlandı

9 ayda qidadan zəhərlənənlərin - sayı açıqlandı Sosial

Naxçıvan Muxtar Respublikasında (MR) cari ilin ilk 9 ayı ərzində ümumilikdə 143 qida mənşəli zəhərlənmə faktı qeydə alınıb.

Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyindən News24.az-a verilən məlumata görə, zəhərlənmələrin əksəriyyəti məişət şəraitində düzgün saxlanma və istifadə qaydalarına əməl edilmədən istehlak olunan qidalardan qaynaqlanıb.