Ana ərindən boşanan qızına dəhşət yaşatdı

Ana ərindən boşanan qızına dəhşət yaşatdı Dünya

Dağıstanda ana qızını həyat yoldaşına geri qayıtmağa məcbur etmək üçün ona çəngəllə xəsarət yetirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, boşandıqdan sonra 39 yaşlı qadın valideynlərinin evinə qayıdıb. 

Ana isə onu ailəsini dağıtmamağa, həyat yoldaşına dönmək üçün razı salmağa çalışıb. 

Növbəti mübahisə zamanı o, qızına bir neçə şillə vurub, qızı özünü müdafiə etməyə cəhd edəndə isə masanın üstündən çəngəli götürüb və onun əlinə xəsarət yetirib. 

Qadın polisə müraciət etdib. Daha sonra ana ilə qız barışıblar.