"Zelenskinin işi başa çatmaq üzrədir" - Trampdan Zelenskiyə sərt cavab

"Zelenskinin işi başa çatmaq üzrədir" - Trampdan Zelenskiyə sərt cavab Dünya

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı mövqeyinə münasibət bildirib və danışıqlarda Ukraynanı kimin təmsil etməli olduğu məsələsini gündəmə gətirib.

News24.az-ın məlumatına görə, Tramp Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən Zelenskinin münaqişənin həlli məsələsində onu “tarixin yanlış tərəfində” olmaqda ittiham etdiyini eşidib.

Jurnalistin sözlərinə münasibət bildirən Tramp Zelenskinin nə danışdığını bilmədiyini deyib.

“Zelenski çoxdan həll edilməli olan bu müharibəni dayandırmalı olan şəxsdir. Əgər o, məni dinləsəydi, çoxdan daha yaxşı razılaşma əldə edərdi. Açığı, düşünürəm ki, Ukrayna adından danışıqları başqa birinin aparmasının vaxtı çatıb”, – deyə ABŞ Prezidenti bildirib.

Trampın bu açıqlaması Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı tərəflər arasında mövcud fikir ayrılıqlarını bir daha gündəmə gətirib.