Metronun yeni stansiyası gələn il açılacaq- HİDAYƏT MƏMMƏDOV
    • 12-09-2019, 12:49
    • 1 035

Metronun yeni stansiyası gələn il açılacaq- HİDAYƏT MƏMMƏDOV

Şərti adı “B3” olan stansiyanın tikintisi tamamlanmaq üzrədir.

News24.az-ın məlumatına görə, bu barədə “Bakı Metropoliteni”nin QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, stansiyanın tikintisində son tamamlanma işləri aparıllr: “Stansiyanın açılacağı tarix tam məlum deyil. Stansiyanın açılışı bu il gözlənilmir. İstər geoloji, istərsə də, təbii səbəblərdən yaranan ləngimələr tikintidə yubanmalara səbəb olur. Hazırda tamamlanma işləri aparılır. Stansiyanın üst hissəsində yol hərəkəti zolaqlarında da tamamlanma işləri gedir. Əgər daha başqa təbii və geoloji problemlər yaranmazsa, gələn il stansiyanın açılışı baş tuta bilər".

H.Məmmədov gələn il yeni qatarların istifadəyə veriləcəyini də bildirib:"Müəyyən araşdırmalardan sonra gələn il alınacaq qatarların sayı məlum olacaq".


Afaq Mirayiq
FOTO Fərid Şabanov