"Yeni stansiya ilin axırınadək  istismara veriləcək" - ZAUR HÜSEYNOV
    • 8-05-2020, 18:00
    • 602

"Yeni stansiya ilin axırınadək istismara veriləcək" - ZAUR HÜSEYNOV

Yeni stansiyanın tikintisi davam edir. Ümidvarıq ki, başqa problem olmasa, ilin axırına qədər stansiyanı istismara verəcəyik". 

News24.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov bildirib.

Onun sözlərinə görə, metropoliten tikintisi külli miqdarda ayrı-ayrı avadanlığın quraşdırılması deməkdir: "Bu avadanlıqların hamısı ölkə daxilində istehsal olunmur. Avadanlığın bir hissəsini xaricdən gətiririk. Bu səbəbdən mümkündür ki, problem olsun. Stansiyanın açılışı da yalnız ona görə gecikə bilər. Qalan bütün işlərin hamısı bitib". 

Afaq Mirayiq